31 Dekabr 2024, 17:28
FUTBOL
Türkiyənin "Beşiktaş" klubu hücum xəttini "Sauthempton"da çıxış edən Paul Onuaçunu ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Bildirilir ki, "Sauthempton" nigeriyalı forvardı satmağın əleyhinə deyil. İngiltərə klubu "Beşiktaş"dan 13 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Sauthempton" Paul Onuaçunu 2023-cü ilin yanvar ayında "Genk"dən transfer edib. Nigeriya millisinin üzvü olan 30 yaşlı hücumçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.
Təcrübəli futbolçu ötən mövsüm icarə əsasında "Trabzonspor"un formasını geyinib.