01 Yanvar 2025, 14:21
FUTBOL
"Barselona"nın hələ də komandasının yarımmüdafiəçisi Daniel Olmo və hücumçu Pau Viktoru 2024/2025 mövsümünün ikinci yarısı üçün qeydiyyatdan keçirə bilər.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport.es" nəşri məlumat yayıb.
Bildirilir ki, yaxın iki gün ispaniyalı futbolçuların qeydiyyatının yenilənməsi məsələsində həlledici olacaq. Qeyd olunur ki, İspaniya Futbol Federasiyası (RFEF) yaranmış vəziyyətə müdaxilə edərsə, Kataloniya klubunun problemi həll edə bilər.
Qeyd edək ki, "Barselona" Olmo və Viktoru qeydiyyatdan keçirə bilməyəsə hər iki ispan yanvarda azad agent ola bilər.