Türkiyənin "Qalatasaray" klubu futbolçu Milan Şkrinyar üçün Fransa təmsilçisi PSJ-yə təklif göndərib.

Matc.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, İstanbul təmsilçisi 29 yaşlı müdafiəçini icarəyə götürmək istəyir. "Sarı-qırmızılar" slovakiyalı oyunçunun qərarını gözləyir.

Qeyd edək ki, 2023-cü ildən Paris klubunda çıxış edən oyunçunun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest