"Real" futbolçusu Antonio Rudigerin müqaviləsini uzatmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Almaniya millisinin də üzvü olan müdafiəçi ilə yaxın günlərdə danışıqların başlanacağı bildirilib.

2022-ci ildən Madrid klubunda çıxış edən Rudigerin hazırkı sözləşməsi gələn ilin yayına qədərdir.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm "Real"da 26 oyunda meydana çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest