Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün açıqladığı qadağan olunmuş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə edilib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidməti paylaşıb.

Bildirilib ki, WADA-nın açıqladığı siyahı 2025-ci il yanvarın 1-dən etibarlıdır.

Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan olunmuş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

Bundan əlavə, əsas dəyişikliklərin xülasəsi, izahlı qeydlər və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi saytında yerləşdirilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest