Sergen Yalçın yenidən Türkiyənin "Beşiktaş" komandasının baş məşqçisi olacaq.

Matc.az xəbər verir ki, bu barədə yerli "Sözcü" nəşri məlumat yayıb.

"Ağ-qaralar"ın yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssislə anlaşıb. Yalçınla 3,5 illik müqavilənin imzalanacağı gözlənilir. O, bu postda niderlandlı Covanni van Bronkhorstu əvəzləyəcək.

Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "Beşiktaş"ın baş məşqçisi olan Sergen Yalçın komanda ilə Türkiyə Superliqasını və ölkə kubokunu qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest