01 Yanvar 2025, 17:08
FUTBOL
"Trabzonspor" Rusiyanın "Krasnodar" klubunun mərkəz müdafiəçisi Vitor Tormena ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Fotomac" məlumat yayıb.
Bildirilir ki, Trabzon təmsilçisi 28 yaşlı futbolçu üçün Rusiya klubuna 3 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Vitor Tormena bu mövsüm klub üçün bütün turnirlərdə 22 oyun keçirib və bir qol vurub. Müdafiəçinin hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" internet portalında futbolçunun bazar dəyəri 7 milyon avrodur.