01 Yanvar 2025, 20:56
FUTBOL
Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini "Ştutqart"da çıxış edən Enzo Millot ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qalatasaray" fransalı yarımmüdafiəçini yanvar ayında heyətinə qatmağa çalışacaq. "Sarı-qırmızılar" 22 yaşlı oyunçu üçün onun müqaviləsində yer alan 18 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, "Ştutqart" Enzo Millotu 2021-ci ilin avqust ayında "Monako"dan transfer edib. Fransa U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.