"Mançester Yunayted"in futbolçusu Markus Reşford klubdan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Matc.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib. 

"Son bir neçə həftə ərzində uydurma hekayələr yazılır. Amma bunlar artıq absurddur. Mən heç bir agentliklə görüşməmişəm və bunu etməyi planlaşdırmıram". 

Qeyd edək ki, daha öncə mətbuatda 27 yaşlı ingiltərəli hücumçunun "Stellar" agentliyi ilə danışıqlar aparması ilə bağlı xəbərlər yayılmışdı. Buna səbəb onun "Mançester Yunayted"in son bir neçə oyununda meydana çıxmaması olub. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest