02 Yanvar 2025, 09:06
FUTBOL
Fransanın "Renn" klubu "Əl-Nəsr"dən Seko Fofananı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Renn" Fil Dişi Sahili millisinin üzvü üçün Səudiyyə Ərəbistanı klubuna 20 milyon avro təzminat ödəyib. 29 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Seko Fofana icarə əsasında "Əl-Ettifaq"da çıxış edirdi. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində 15 rəsmi matçda meydana çıxıb.