02 Yanvar 2025, 09:28
FUTBOL
"Mançester Yunayted" İngiltərə Premyer Liqasından aşağı düşərsə, idman geyimləri və ayaqqabı istehsalçısı "Adidas"la böyük sponsorluq müqaviləsini itirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Bildirilir ki, ümumi məbləği 900 milyon funt-sterlinq (hazırkı məzənnə ilə 1,088 milyard avro) olan sponsorluq müqaviləsinin şərtlərinə əsasən, "Mançester Yunayted" İngiltərə futbolunun yüksək divizionunda yerini itirərsə, şirkət müqaviləni ləğv etmək hüququna malikdir.
Qeyd edək ki, Premyer Liqanın hazırkı turnir cədvəlində "Mançester Yunayted" 19 oyundan sonra 22 xalla 14-cü yerdədir. Mankunianları düşmə xəttindən cəmi 7 xal ayırır.