Gürcü hücumameyilli yarımmüdafiəçi Xviça Kvaratsxeliya, çox güman ki, yaxın bir neçə mövsüm də "Napoli"də qalacaq.

Matc.az xəbər verir ki, bu barədə "Il Corriere dello Sport" nəşri məlumat yayıb.

Futbolçu müqavilənin uzadılması təklifini qəbul etməyə hazırlaşır, ona görə də onun maaşı 4 dəfə artacaq. Onun illik gəliri 1,5 milyon avrodan 6 milyon avroya yüksələcək. Yeni müqavilənin müddəti məlum deyil.

Xatırladaq ki, 23 yaşlı Kvaratsxeliya yayda PSJ-yə keçə bilərdi, lakin klublar təzminat məbləğində razılığa gəlməmişdilər. Mətbuatda futbolçu ilə "Barselona" və "Mançester Yunayted"in də maraqlandığı bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest