Argentinanın "Boka Xuniors" klubunda sifilis xəstəliyi yayılıb. Bu diaqnoz üç futbolçuda aşkarlanıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı yerli insayder Federiko Flauers sosial şəbəkə hesabında paylaşıb.

Bildirilir ki, klub bu hadisədən şoka düşüb. Hazırda digər oyunçular və məşqçilər daha çox insanın yoluxma ehtimalını istisna etmək üçün müayinədən keçirilir.

Klub rəhbərliyi rəhbərliyi sifilis epidemiyası ilə bağlı məlumatları gizlətməyə çalışsa da, buna nail ola bilməyib. Məlumat qısa zamanda mediaya və sosial şəbəkələrə sızıb. Yoluxmuş futbolçuların adları açıqlanmır.

Qeyd edək ki, sifilis cinsi yolla ötürülən bir infeksiyadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest