"Lion"un hücumçusu Gift Orban karyerasını "Hoffenhaym"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS nəşri paylaşıb.

Forvard alman klubu ilə 4 il yarımlıq müqavilə imzalayacaq.

Qeyd edək ki, Orbanın transferi "Hoffenhaym"a 12 milyon avroya başa gələcək. O, bu mövsüm Liqa 1-də 3 matçda 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest