"Torino" futbolçusu Samuele Riççi ilə yeni müqavilə imzalayıb. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

23 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilə 2028-ci ilin yayına qədərdir. O, "Torino"ya 2022-ci ildə "Empoli"dən keçib. 

Qeyd edək ki, Samuele Riççi bu mövsüm "Torino"nun heyətində 20 oyuna çıxaraq 1 qol vurub və 1 qolun ötürməsini edib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest