03 Yanvar 2025, 10:00
FUTBOL
"Əş-Şabab"ın baş məşqçisi Fatih Terimin ilk transfer hədəfi məlum olub.
Matc.az xəbər verir ki, türkiyəli mütəxəssis "Fənərbaxça"da çıxış edən Cengiz Ünderin xidmətində maraqlıdır.
Fatih Terim Cengizlə danışıb və onu komandasında görmək istədiyini bildirib. 27 yaşlı vinger özü də təklifə isti yanaşır.
"Fənərbaxça" da transferin əleyhinə deyil. İstanbul klubu futbolçunun yüksək maaşından qurtulmaq istəyir. Təcrübəli oyunçunun illik maaşı 3,7 milyon avrodur.
Qeyd edək ki, "Fənərbaxça" Cengiz Ünderi ötən ilin yayında "Marsel"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Superliqa təmsilçisinin heyətində beş rəsmi matçda meydana çıxıb. O, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.