"Arsenal"ın müdafiəçisi Kiran Tirni karyerasını "Seltik"də davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. İngiltərə klubu ilə 6 aylıq müqaviləsi qalan 27 yaşlı sol cinah müdafiəçisi yaxın günlərdə "ağ-yaşıllar"a qoşulacaq.

Qeyd edək ki, Kiran Tirni "Seltik"in yetirməsidir. Şotlandiya millisinin üzvü 2019-cu ilin avqust ayında məhz bu klubdan "Arsenal"a 27 milyon avroya transfer olmuşdu. Futbolçu bu mövsüm London təmsilçisinin heyətində cəmi 1 rəsmi matçda meydana çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest