03 Yanvar 2025, 15:31
FUTBOL
"Milan" İtaliya Superkubokunun "Yuventus"la yarımfinal görüşünə ciddi itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Serjiu Konseysau açıqlayıb.
O, portuqaliyalı vinger Rafael Leaonun zədəsi səbəbindən komandasına kömək edə bilməyəcəyini bildirib.
Bu gecə Səudiyyə Ərəbistanında "Əl-Əvval Park" stadionunda keçiriləcək "Yuventus" - "Milan" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"ın heyətində 22 rəsmi matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.