03 Yanvar 2025, 16:08
FUTBOL
"Bavariya"nın futbolçusu Leroy Sane karyerasını Türkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, onun xidmətində "Qalatasaray" maraqlıdır.
İstanbul klubu onu yayda azad agent kimi heyətinə qatmaq istəyir. Sane isə hazırda yalnız "Bavariya"dakı çıxışına köklənib. O, yeni müqavilə imzalamaq arzusunda olduğu üçün "Qalatasaray"ın şansları çox aşağı hesab edilir.
Qeyd edək ki, Leroy Bundesliqanın cari mövsümündə iştirak etdiyi 11 oyunda 3 qol və 1 assistə imza atıb.