"Mançester Yunayted"də çıxış edən müdafiəçi Harri Maquayr klubla müqaviləsini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə yeni müqavilə 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Maquayr 2019-cu ilin yanvarında 87 milyon avroya "Lester"dən "Mançester Yunayted"ə keçib. O, klubda olduğu müddətdə 222 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest