"Mançester Yunayted"in futbolçuları rəsmi açıqlamalarından çox əvvəl oyunlar üçün heyətlə bağlı qərarları "sızdıran" komandaya yaxın adamı axtarır.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, oxşar hallar "qırmızı şeytanlar"ın keçmiş baş məşqçisi Erik ten Haqın dövründə də baş verib və Ruben Amorimin rəhbərliyi altında davam edir.

Vurğulanır ki, "Mançester Yunayted"in ən nüfuzlu oyunçuları mediaya məlumat sızdıran şəxsi tapmağa çalışırlar. Bəzi ingilis klubunun oyunçuları öz nümayəndələrinə baş verənlərdə kimin günahkar olduğunu bildiklərini bildiriblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest