04 Yanvar 2025, 00:24
FUTBOL
"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah mövsümün sonunda klubdan ayrılacağını bildirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sports" paylaşıb.
"Mən həqiqətən "Liverpul"la Premyer Liqanı qazanmaq istəyirəm. Bu mənim klubdakı son ilimdir, ona görə də klub üçün xüsusi bir şey etmək istəyirəm", - deyə Salah bildirib.
Misirli futbolçu yeni müqavilə ilə bağlı heç bir irəliləyişin olmadığını vurğulayıb. Hazırkı müqavilənin müddəti isə ilin yayında başa çatacaq.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2017-ci ildən "Liverpul"da çıxış edir. O, klubda 375 matçda 231 qol vurub və 105 məhsuldar ötürmə edib.