İtaliya Superkubokunda son finalçı müəyyənləşib.

Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanında təşkil olunan turnirin ikinci yarımfinalında "Yuventus"la "Milan" üz-üzə gəlib.

Oyuna hesabı birinci hissədə "Yuventus" açıb. Fasilədən sonra "Milan" görüşdə dönüş yarada bilib və 2:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, digər yarımfinalda "İnter" "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib. Yanvarın 6-da təşkil olunacaq finalda Milan derbisi baş tutacaq.

İtaliya Superkuboku
Yarımfinal

3 yanvar

"Yuventus" - "Milan" - 1:2
Qollar:
Yıldız, 21 // Pulişiç, 71 (pen), Qatti, 75 (aq)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest