"Mançester Yunayted"in hücumçusu Markus Reşford İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində "Liverpul"a qarşı keçiriləcək oyunda meydana çıxa bilməyəcək.

Matc.az xəbərinə görə, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim məlumat verib. 

O bildirib ki, Reşford xəstə olduğu üçün qarşıdakı oyunda forma geyməyəcək. 

Qeyd edək ki, yanvarın 5-də keçiriləcək "Liverpul" – "Mançester Yunayted" matçı Bakı vaxtı ilə 20:30-da start götürəcək. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest