04 Yanvar 2025, 10:49
FUTBOL
"Makkabi"nin (Təl-Əviv) maliyyə direktoru Tomer Şmuel istefaya göndərilib.
Matc.az xəbər verir ki, buna səbəb onun "Hapoel"in azarkeşlərinin təhqir etməsidir.
Sosial şəbəkədə Tomeri Beer-Şeva klubunun azarkeşlərinə "Əgər Afrikaya getsəniz ətrafınızı meymunlarla əhatə olunarsa, təəcüblənməyin" deyib. "Makkabi"nin açıqlamasında maliyyə direktorunun davranışının qəbulolunmaz olduğu və onunla əməkdaşlığa dərhal son qoyulduğu bildirilib.
Qeyd edək ki, Təl-Əviv klubu qarşı tərəfin azarkeşlərindən üzr istəyib.