“Roma” yarımmüdafiəçisi Leandro Paredeslə bağlı qərarını verib. Matc.az xəbər verir ki, İtaliya klubu son dünya çempionunu komandada saxlamaq fikrindədi.

Bu səbəbdən “canavarlar” argentinalı ilə müqavilə müddətini yeniləmək niyyətindədi. Artıq tərəflər arasında danışıqlara start verilib.

Qeyd edək ki, 2023-cü ilin yayında PSJ-dən transfer edilən 30 yaşlı futbolçunun “Roma” ilə hazırkı sözləşməsi mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest