“Lion”un yarımmüdafiəçisi Nemanya Matiç yenidən İtaliyaya qayıda bilər. Matc.az xəbər verir ki, sabiq “Roma”lı bu dəfə “Komo”nun maraq dairəsindədi.

A seriyası klubunun baş məşqçisi Sesk Fabreqas 36 yaşlı serbiyalının komandasını gücləndirəcəyini düşünür. Maddi şərtlər uyğun olsa, Matiç İtaliyaya köçmək imkanını nəzərdən keçirəcək. Matiçlə Fabreqas “Çelsi”də birgə oynayıblar.

Qeyd edək ki, Nemanya Matiç ötən ilin yanvarında “Lion”a keçib. O, bu mövsüm Fransa klubunun heyətində bütün turnirlərdə 18 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest