“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı qərar verməkdə çətinlik çəkir. Matc.az xəbər verir ki, 39 yaşlı superulduz üç variantdan birini seçəcək.
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı qərar verməkdə çətinlik çəkir. Matc.az xəbər verir ki, 39 yaşlı superulduz üç variantdan birini seçəcək.
Portuqaliyalı “Əl-Nəsr”lə bu ilin yayına qədər olan müqaviləsini uzada bilər. O, həmçinin Portuqaliyaya mümkün qayıdışı da istisna etmir. Bundan başqa, Ronaldonun karyerasını bitirəcəyi variantı da var.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı klubunda çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 19 oyunda 16 qol vurub, 3 assist edib.