“Çelsi”nin yarımmüdafiəçisi Kirni Çukvuemeka Almaniyaya köçə bilər. Matc.az xəbər verir ki, Dortmund “Borussiya”sı 21 yaşlı hücumameyilli oyunçunu heyətinə qatmağı planlaşdırır.

Bundesliqa təmsilçisi İngiltərə millisinin üzvünü qışda transfer etməyi düşünür. Digər tərəfdən “Çelsi” də onu icarəyə vermək fikrindədi.

Qeyd edək ki, Kirni Çukvuemeka bu mövsüm Premyer Liqada heç bir oyun keçirməyib. O, yalnız İngiltərə Kuboku və Konfrans Liqası matçlarında iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest