Çexiya millisinin və “Yuventus”un əfsanəvi futbolçusu Pavel Nedved Səudiyyə Ərəbistanında çalışacaq. Matc.az xəbər verir ki, 52 yaşlı mütəxəssis “Əl-Şəbab” klubunun idman direktoru təyin olunub.

Nedved futbolçu karyerasını bitirdikdən sonra “Yuventus”da da eyni vəzifədə işləyir. Lakin həmin vaxt klub rəhbərliyinin fırıldaqlıqları ilə bağlı araşdırmalara görə 8 ay futbol fəaliyyətindən uzaqlaşdırılmışdı.

Qeyd edək ki, “Əl-Şəbab”ın baş məşqçisi bir neçə gün əvvəl bu posta təyin olunan tanınmış türkiyəli mütəxəssis Fatih Terimdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest