Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin yanvarın 10-dan 23-dək Bakıda təlim-məşq toplanışı olacaq. Matc.az xəbər verir ki, baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 16 futzalçı dəvət edib.
Toplanışın sonunda səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparılacaq.
Qapıçılar: Əbdül Hüseynov, Hüseyn Hüseynov
Oyunçular: Əli Həsənzadə, Rəvan Məsiyev, Pünhan Qasımov, Ədalət Ələkbərov, Nazim Hüseynov, Rəvan Quliyev, Mətləb Osmanov, Hüseyn Cəfərzadə, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Hüseyn Məmmədli, Bəyoğlan Vəlizadə, Umud Qasımov, Aslan Qasımlı
Qeyd edək ki, B qrupunda yer alan U-19 yanvarın 25-də Kosovo, ertəsi gün San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.