“Qalatasaray”ın futbolçusu Qabriel Sara komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Çelsi”yə keçə bilər.

“Zadəganlar” braziliyalını heyətinə qatmaq üçün “Qalatasaray”la təmasa keçiblər. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. “Atletiko”nun da diqqət mərkəzində olan Saranın “sarı-qırmızılılar”la müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Sara 2024-cü ilin yayından “Qalatasaray”ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest