Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

E.Səmədli futzal üzrə Avropa çempionatının əsas mərhələsinin İtaliya - Belarus oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, II qrupun birinci turu çərçivəsində keçiriləcək qarşılaşma yanvarın 30-da Kataniyada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest