İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Amad Diallonun müqavilə müddətini artırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, "qırmızı şeytanlar"ın 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, kot-dİvuarlı futbolçu bu mövsüm ümumilikdə "Mançester Yunayted"in heyətində 28 oyunda 6 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest