10 Yanvar 2025, 13:53
FUTBOL
"Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias ölkəsinin mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, "Lance" nəşrinə danışan 29 yaşlı futbolçu "Qarabağ"da çıxış edən həmyerlisi Olavio Juninyo haqda danışıb.
O, Juninyonun "Flamenqo"ya keçmək ehtimalını dəyərləndirib: “Azərbaycan futbolunda olanları bütün dünyada gördükləri üçün sevinirik. Bu, hər futbolçu üçün müsbət haldı. Juninyonun keçidinin alınacağına ümid edirəm. Ayrı-ayrı klublarda oynasaq və bir-birimizə rəqib olsaq da, Azərbaycana gələndən bəri Juninyo mənim üçün böyük qardaş olub. Onun düzgün qərar verəcəyinə inanıram”.
Qeyd edək ki, “Sevilya”nın təklifindən son anda imtina edən Olavio Juninyonun "Flamenqo"ya keçmək ehtimalı yüksək dəyərləndirilir.