“Atletiko”nun mətbuat xidməti “Barselona”nın futbolçuları Dani Olmo və Pau Viktorun qeydiyyata alınması ilə bağlı açıqlama yayıb. Matc.az xəbər verir ki, madridlilər Ali İdman Şurasının qəbul etdiyi qərardan sonra İspaniya futbolunda yaranmış vəziyyətdən narahatlığını ifadə edib.
La Liqa təmsilçisinin fikrincə, qərar mövcud sistem və oyun qaydalarını risk altında qoyur: “La Liqanın iqtisadi nəzarəti İspaniya futbolunun maliyyə sabitliyinin açarıdı. Ona görə də “Atletiko” qərar qəbul edilənə qədər liqanın bütün üzvləri kimi maliyyə qaydalarına əməl edib və gələcəkdə də bunu davam etdirəcək. Hökumətin bu cür müdaxiləsi qaydaları pozmağa və keçmişin ciddi səhvlərinə yol açan çox təhlükəli presedent yaradır. “Atletiko” ciddi və məsuliyyətli idarəetməyə sadiq qalır. Hamı üçün aydın və bərabər qaydalar olmadan ədalətli rəqabət mümkün deyil”.
Qeyd edək ki, yanvarın 8-də İspaniya Ali İdman Şurası La Liqa və İspaniya Kral Futbol Federasiyasının qadağasına baxmayaraq, “Barselona”ya Olmo və Viktoru mövsümün ikinci hissəsi üçün qeydiyyatdan keçirməyə icazə verib.