17 Yanvar 2025, 17:52
FUTBOL
“Kayrat”ın və Qazaxıstanın gənclərdən ibarət komandasının hücumçusu Dastan Satpayev karyerasını İngiltərədə davam etdirəcək. Matc.az xəbər verir ki, 16 yaşlı forvard “Çelsi” ilə anlaşıb.
Tərəflər arasında danışıqlar artıq müsbət yekunlaşıb. Londonlular keçidi yaxın günlərdə reallaşdıracaq. Satpayev dekabrda “zadəganlar”da sınaqdan keçib və bəyənilib.
Qeyd edək ki, Dastan Satpayev “Kayrat”ın yetirməsidi.