17 Yanvar 2025, 18:16
FUTBOL
Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Linkoln Henrike ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə 26 yaşlı braziliyalı müdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.
O, paylaşımında bütün "Fənərbaxça" azarkeşlərinə təşəkkür edib.
Qeyd edək ki, Linkoln Henrike 2022-ci ilin yayında İstanbul klubuna keçmişdi.