Bu gün "Mançester Siti" ilə müqaviləsini 2034-cü ilə qədər artıran hücumçusu Erlinq Haaland həftədə 500 min funt-sterlinq qazanacaq. O, bununla da İngiltərə Premyer Liqası tarixində ən çox qazanan futbolçu olacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Guardian" paylaşıb.

Norveçli forvard hazırda Premyer Liqada ildə 20,8 milyon funt sterlinq qazanan komanda yoldaşı Kevin De Bruynedən sonra ən çox maaş alan ikinci oyunçudur.

Qeyd edək ki, 24 yaşlı Haaland bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 200 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest