“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib. Matc.az saytının əldə etdiyi məlumata görə, Qərb təmsilçisi braziliyalı müdafiəçi Kauan Aleksandre Martins de Paula ilə anlaşıb. Onunla 6 ay+1 il müddətinə müqavilə bağlanıb. 

Müdafiənin mərkəzində və solunda oynayan futbolçu 1.88 m boya malikdi.

24 yaşlı Kauanın son klubu Şimali Makedoniyada “Brera Strumica” olub. Bundan əvvəl isə Estnoyada “Narva” klubunun formasını geyinib.

Qeyd edək ki, “Turan Tovuz” braziliyalıdan öncə 3 futbolçu -  Rəhim Sadıxov ("Sumqayıt"), Anton Kraçkovski ("Dinamo Mahaçqala") və Orxan Əliyevi ("Kəpəz") heyətinə qatıb.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest