Türkiyə I Liqasında 20-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Şanlıurfaspor"un qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov 46-cı dəqiqədə meydana daxil olub. Həsən Nəzərov isə sona qədər ehtiyatda qalıb.

Qeyd edək ki, xallarının sayını 30-a yüksəldən "Ankaragücü" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest