"Real" "Bavariya"nın müdafiəçisi Alfonso Devisi ala bilməyəcək, çünki kanadalı futbolçu Almaniya klubu ilə müqaviləsini uzatmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic"in nüfuzlu jurnalisti David Ornstein məlumat yayıb.

Bildirilir ki, tərəflər hələlik yeni razılaşmanın yekun detallarını həll etməlidirlər. Müqavilənin 4 il müddətinə uzadılması nəzərdə tutulur.

"Real" və Premyer Liqa klubları hələ də Devisi transfer etmək şanslarını gözləyirlər, lakin bu, indi praktiki olaraq mümkün deyil.

Qeyd edək ki, Devisin "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. 24 yaşlı kanadalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest