Seçki Komissiyası "Real" hazırkı prezidenti Florentino Peresin ötən cümə günü təqdim etdiyi namizədliyini təsdiqləyib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, klub prezidenti vəzifəsinə ərizələrin verilməsi üçün son müddət yanvarın bu gün başa çatır. Hələlik Peres yeganə namizəd olaraq qalır və günün sonuna kimi başqaları çıxmasa, o, seçkisiz qalib gələcək. Bu halda o, yanvarın 21-də 2029-cu ilə qədər rəsmi olaraq Madrid klubunun prezidenti elan olunacaq.

Qeyd edək ki, Peres heç bir rəqibi olmadan 2009-cu ildən "Real"ın prezidentidir. Sonrakı bütün seçkilərdə, 2013, 2017 və 2021-ci illərdə də o, yeganə namizəd olaraq qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest