"Barselona" mərkəz müdafiəçisi Ronald Arauxonun maaşını artıraraq müqaviləni 2030-cu ilə qədər uzatmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubunun idman direktoru Deko artıq uruqvaylı futbolçunun agentləri ilə uğurlu danışıqlar aparıb. Arauxonun yeni müqaviləsinə xitam müddəaları daxil olacaq. Məsələn, müdafiəçi komandadakı mövqeyindən narazı olarsa, gələn yay "Barselona"nı tərk etmək imkanı əldə edəcək.
Arauxonun müqaviləsində, həmçinin oyunçu müəyyən sayda matçda iştirak etmədiyi təqdirdə, onun sərbəst buraxılma maddəsinin "Barselona"ya uyğun bazar dəyərinə endirilməsi bəndi də ola bilər.
Qeyd edək ki, Arauxonun hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.