Futbol üzrə Türkiyə I Liqasında XX turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Erzurumspor"un qonağı olub.

Diniyev meydana matçın 78-ci dəqiqəsində daxil olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 20 turdan sonra aktivində 34 xal olan "Bandırmaspor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest