"Arsenal" transferi London klubuna 70 milyon funt-sterlinqə (82 milyon avro) başa gələ biləcək "RB Leypsiq"in 21 yaşlı hücumçusu Benyamin Seskonu transfer etmək variantını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Sun" paylaşıb.

Bildirilir ki, "topçular" Qabriel Jezusun ciddi zədələnməsinə görə sloveniyalı futbolçuya marağı artırıb. London klubunun Şeşkonu icarəyə götürmək imkanını da nəzərdən keçirdiyi vurğulanır.

Qeyd edək ki, bu mövsüm "RB Leypsiq"in hücumçusu bütün turnirlərdə 25 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

21 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest