Transfer çalışmalarını davam etdirən "Kəpəz" növbəti keçidi rəsmiləşdirib. Gəncə klubu Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb.

Transfer çalışmalarını davam etdirən "Kəpəz" növbəti keçidi rəsmiləşdirib.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbərə verir ki, Gəncə klubu Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb. 24 yaşlı futbolçu ilə "6 ay + 1 il” müddətinə müqavilə bağlanıb.

Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində çıxış edib. Onun son klubu "İstiklol" olub.

Qeyd edək ki, Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest