"Sumqayıt" Misli Premyer Liqasının 19-cu turunda doğma meydanda "Səbail"ə 0:2 hesabı ilə məğlub olub. "Kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Sumqayıt" Misli Premyer Liqasının 19-cu turunda doğma meydanda "Səbail"ə 0:2 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Məğlub olduq, bu, normaldır. Rəqib sonuncu pillədə gedir. Onlarda istək daha çox idi. Ona görə də qalib gəldilər. Biz öz şanslarımızdan istifadə etmədik. Rəqib isə əlinə düşən şanslardan yaxşı istifadə edib qollar vurdu. Belə oyunlar olacaq. Bəzi futbolçuların təklifləri var. Bu da normaldır. Qış transfer pəncərəsi bitməyib deyə bu söz-söhbətlər bəzi futbolçulara təsir edir. Yenə də oyuna görə uşaqlara təşəkkür edirəm. Heç nə itirilməyib. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşacağıq.

- Hansı mövqelərə transfer planlaşdırırsız?
- Hücuma. İki hücumameyilli futbolçu gələcək.

- Transferə gecikdiyinizi düşünmürsüz?
- Bilirəm ki, gecikirik. Amma bu, məndən asılı olmayan bir şeydir. Yaxşı futbolçu gətirmək üçün əlimizdən gələni edirik. Bir oyunçu bu gecə Bakıda olacaq. Hücumçudur. Elə-belə transferlər etmək istəmirik. Lazımlı futbolçunu tapmaq və bura gətirmək çox çətindir. Elə bir oyunçunu tapmışıq. Çalışacağıq ki, onu növbəti matça hazır edək.

- Rövlan Muradovun start heyətində olmaması ona gələn təkliflərlə bağlıdır?
- Sərtan Taşkın məşqlərdə daha aktiv iştirak edir, daha yaxşı formadadır deyə əsas heyətdə meydana çıxdı. Sırf bununla bağlıdır.

- Səbuhi Abdullazadənin start heyətində olmaması nə ile bağlı idi?
- Əzələsində ikinci dərəcəli yırtıq var idi. Ona görə də risk etmədik. Amma ikinci hissədə onu meydana buraxmağa məcbur oldum. Heyət geniş olmasa da, gileylənməyəcəm. Bu futbolçularla başlamışam. Bunlarla da yaxşı yerlər uğrunda mübarizə aparacağıq. Futbolçulara təkliflər olanda oyuna yaxşı köklənə bilmirlər. Mən onları başa düşürəm. Amma onlar da məni başa düşsünlər. Çünki, digər oyunçular onlara görə əziyyət çəkir. İnanıram ki, növbəti oyuna qədər bu problem aradan qalxacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest