19 Yanvar 2025, 11:03
FUTBOL
FİFA Panama Futbol Federasiyasının (FPF) prezidenti Manuel Ariası qadınlardan ibarət milli komandanın futbolçusunu təhqir etdiyinə görə vəzifəsinin icrasından uzaqlaşdırıb.
Matc.az xəbər verir ki, federasiya rəhbəri 6 ay müddətinə diskvalifikasiya olunub və təxminən 11 min dollar məbləğində cərimələnib.
Ötən ilin martında yarımmüdafiəçi Marta Koks Panama qadın futbol liqasını tənqid edib. Bundan sonra Panama Futbol Federasiyasının prezidenti müsahibəsində onu kök adlandırıb.
Federasiyanın açıqlamasında bildirilir ki, Manuel Arias idmançıdan üzr istəyib və ciddi səhvə yol verdiyini etiraf edib.