"Real" prezidenti Florentino Peres qərara alıb ki, əgər sol cinah müdafiəçisi Alfonso Devis ("Bavariya"dan) gələn yay pulsuz imzalansa, onun transferinə qənaət edilən pul cinah oyunçusu Vinisius Junior və müdafiəçi Antonio Rudigerlə müqavilənin uzadılmasına sərf olunacaq.

Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Bildirilir ki, Madrid klubunun rəhbəri qənaət edilən pulu 21 yaşlı mərkəz müdafiəçisi Raul Asensio ilə 2026-cı ilin yayında başa çatacaq əmək müqaviləsinin uzadılmasına da sərf etməyi planlaşdırır.

Qeyd edək ki, Vinisiusun "Real" ilə müqaviləsi 2027-ci ilin 30 iyununda, Rudigerinki isə 2026-cı ilin yayında başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest